Misir prezidenti Hüsnü Mübarək istefa verdi

img

12-02-2011 [12:58]


Nəhayət xalqın tələbinə boyun əymək məcburiyyətində qalan Misir prezidenti Hüsnü Mübarək istefa verib. BBC-nin yaydığı məlumata görə, bu barədə Misirin vitse-prezidenti Ömər Suleyman açıqlama verib. Onun sözlərinə görə, ölkəyə nəzarəti Misir Silahlı Qüvvələri üzərinə götürüb. Xatırladaq ki, bir neçə saat öncə Misir prezidenti Hüsnü Mübarəkin Qahirəni tərk etdiyi barədə xəbər yayılmışdı. "Əl-Ərəbiyə" telekanalı iddia etmişdi ki, prezident ailəsi ilə birlikdə paytaxtdan gedib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA