ATƏT PA-nın vitse-prezidenti Bakıya gəlib

img

11-02-2011 [03:15]


ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Volfqanq Qrossrukun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir. Bu barədə ATƏT-in Bakı bürosundan məlumat verilib. Səfərin fevralın 12-də başa çatacağı bildirilir. ATƏT PA-dan olan nümayəndə heyəti Bakıya səfəri çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov, iqtidar və müxalifət partiyaların rəhbərləri və digər şəxslərlə görüş keçirəcək. V.Qrossruk 7 noyabr 2010-cu il parlament seçkiləri ilə əlaqədar ATƏT PA-nın qısamüddətli Müşahidə Missiyasına, eyni zamanda seçki günü ATƏT-in ümumi missiyasına rəhbərlik edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA