Hüsnü Mübarək prezident səlahiyyətlərinin bir hissəsini vise-prezident Ömər Süleymana verdi

img

10-02-2011 [11:04]


Misirdə hakim partiyanın baş katibi deyib ki, prezident Mübarək bu axşam, çox ehtimal ki, xalqa müraciətlə çıxış edəcək. Onun dediyinə görə, ehtimallar var ki, prezident səlahiyyətlərini vise-prezident Ömər Süleymana ötürəcək. Misirin iki yüksək rütbəli rəsmiləri BBC-yə deyiblər ki, prezident Hüsni Mübarəkin hakimiyyətdən getməsi və ya kənara çəkilməsi indi fəal surətdə müzakirə edilməkdədir. Hakim partiyanın indiki baş katibi Hossam Badravi deyib ki, prezident Mübarək çox guman ki, bu gün televiziya ilə xalqa müraciətlə çıxış edəcək. Hossam Badravi ümid etdiyini bildirib ki, prezident Mübarək hakimiyyəti vitse-prezident Ömər Süleymana ötürəcək, lakin eyni zamanda o, buna tam əmin olmadığını qeyd edib. Misirin baş naziri Əhməd Şərif BBC-yə başqa bir müsahibədə bildirib ki, prezident Mübarəkin hakimiyyətdən getməsi müzakirə olunur və bu məsələ tezliklə aydınlaşacaq. Bu xəbərlər Qahirənin mərkəzində və ölkənin başqa yerlərində Mübarək əleyhinə izdihamlı etiraz nümayişlərinin davam etdiyi bir vaxt yayılıb. Son məlumata görə xalqa müraciət edən Hüsnü Mübarək prezident səlahiyyətlərinin bir hissəsini vise-prezident Ömər Süleymana verdiyini bildirib. Amma istefa verməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA