Həmsədrlər Bakıya gəliblər

img

10-02-2011 [03:29]


ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya), Bernar Fasye (Fransa) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik (Polşa) regiona növbəti səfərləri çərçivəsində Azərbaycana gəliblər. Səfər çərçivəsində onların Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşü planlaşdırılır. ATƏT nümayəndələrinin regiona səfəri fevralın 9-da başlayıb. Onlar öncə Ermənistana səfər edərək burada prezident Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA