Bakıda 9 mərtəbəli yazayız binasında bomba həyəcanı

img

10-02-2011 [02:32]


Bakının Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasında bomba həyəcanı yaşanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, quruma Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının mənzillərinin birində partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat verilib. Məlumat daxil olan kimi, dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə binanın giriş hissəsinin zirzəmisində və dəhlizin 1-ci mərtəbəsindən 9-cu mərtəbəsinə kimi, o cümlədən 6-cı mərtəbədə yerləşən həmin mənzildə axtarış işləri aparıb. Nəticədə, qeyd olunan ərazidə partlayıcı qurğu aşkar edilməyib. Əməliyyat saat 15:30-da başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA