Bakı-Qazax sərnizin avtobusu RAF-la toqquzub

img

09-02-2011 [06:32]


Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə bu gün saat 14.30 radələrində yolun Kürdəmir rayonunun Muğanlı kəndindən keçən hissəsində baş verib. Bakı-Qazax istiqamətinə hərəkət edən ?Daewoo? markalı iri tutumlu 10-TS-991 dövlət nömrə nişanlı avtobus 10-GY-685 dövlət nömrə nişanlı RAF markalı maşınla toqquşub. Qəza nəticəsində RAF-ın sürücüsü hadisə yerində ölüb. Hadisə zamanı başqa xəsarət alan olmayıb. ?Daewoo? markalı avtobusun sərnişinləri başqa maşınla mənzillərinə yola salınıb(anspress). Hazırda hadisə yerində polis ilkin araşdırmalar aparır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA