iran səfiri: ?Qarabağ münaqizəsinin həll olunmamasında ABŞ və israilin əli var?

img

09-02-2011 [04:25]


"İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin həllində yardım etməyə hazırdır". Bunu jurnalistlərə açıqlamasında İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami bildirib. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Mahmud Əhmədinejadın sözlərinə qulaq asmaq lazımdır: ?Mən mətbuat nümayəndələrinə həmişə iki ölkə arasında qardaş münasibətlərindən danışan cənab İlham Əliyev və Mahmud Əhmədinejadın sözləri əsasında işləməyi təklif edirəm. İki dost və qardaş ölkənin maraqlarına zərər gətirən verilişlər, proqramlar, məqalələr verilməsin. . "İran Qarabağ probleminin həllinə çalışır. Əgər ötən əsrin 90-cı illərinin əvvəllərində İran Azərbaycan və Ermənistan arasında vasitəçilik etmək istəyibsə və bu arada Şuşa işğal olunubsa, burada ABŞ-ın və İsrailin əli var. Bu iki ölkə olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunardı. Bunun diqqətlə araşdırılmasını istəyirəm?, deyə səfir əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA