Masallı Rayon Telekommunikasiya Qovzağında güclü partlayız

img

07-02-2011 [04:18]


Bu gün saat 14:40 radələrində Masallı Rayon Telekommunikasiya Qovşağının binasında güclü partlayış baş verib. Partlayışın təsirindən dördmərtəbəli binanın bir hissəsi tamamilə dağılıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional İdarəsinin xilasediciləri hadisə yerində xilasetmə işlərinə cəlb olunublar. Dağıntılar altından dörd nəfər artıq çıxarılıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Dağıntılar altında digər insanların qalıb qalmadığı bilinmir. Qeyd edək ki, binaya hələ ki, qaz verilməyib. Ancaq partlayışın gücündən ətrafdakı binalar da zərər çəkib. Partlayışa nəyin səbəb olduğu bilinmir. Masallı Rayon prokurorunun müavini Vaqif Bayramovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli yüngül xəsarətlərlə rayon xəstəxanasına çatdırılıb. Hazırda FHN-in xilasediciləri, polis və digər aidiyyati qurumlar dağıntılar altında qaldığı ehtimal olunan şəxsləri xilas etməyə çalışır. Hadisənin səbəbi dəqiq bilinmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA