ABŞ-ın Azərbaycana yeni təyin etdiyi səfir Metyu Brayza artıq Bakıdadır

img

07-02-2011 [11:49]


Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin etdiyi səfir Metyu Brayza artıq Bakıdadır. Jurnalistləri Azəbaycan dilində salamlayan Brayza bildirib ki, ailəsi ilə birgə yenidən Bakıda olmağına cox sevinir. ?Mən və ailəm yenidən Azərbaycanda olmağımıza cox sevinirik. Mən etimadnaməmi prezident Əliyevə təqdim edəcəyim anı səbirsizliklə gözləyirəm. ABŞ-ın Azərbaycandakı səfiri kimi ABŞ-la Azərbaycan arasında strateji əməkdaşlığın daha da inkişaf etməsi, sülhün və demokratiyanın möhkəmləndirilməsi üçün mümkün olan hər şeyi edəcəyəm?. Xatırladaq ki, Metyu Brayzanı ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə prezident Barak Obama təyin edib. ABŞ konstitusiyasına görə, prezidentin irəli sürdüyü namizədlər ABŞ konqresinin senatında təsdiq olunmalıdırlar. Lakin konqresin sessiyalararası tətildə olması ilə əlaqədar prezident təkbaşına kadr təyinatları edə bilər. Prezidentin fərmanı onun seçdiyi şəxslərə senatın təsdiqini gözləmədən dərhal yeni vəzifələrinin icrasına başlamaq imkanı verir. Lakin konqres növbəti sessiyasının sonunadək namizədləri təsdiqləməsə, bu əmr qüvvədən düşəcək. Prodsedura görə, bu və ya digər namizəd öz namizədliyinin müzakirəsini 147 gün gözləyərsə, prezident konqresin təsdiqi olmadan da təyinat verə bilər. Qeyd edək ki, Metyu Brayza 2005-ci ildə Avropa və Avrasiya məsələləri üzrə dövlət katibi köməkçisinin müavini təyin olunub. Bu vəzifədə Brayza Cənubi Qafqaz və Cənubi Avropa ilə əlaqələrə cavabdeh idi. O, ABŞ-ın Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişəsinin həlli səylərinə, Qara dəniz və Xəzər dənizi regionlarında ABŞ-ın enerji siyasətinə rəhbərlik edib. Metyu Brayza, 2006-2009 illərdə Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri kimi fəaliyyət göstərib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA