Bakıda yataqxana yanğın; 1 nəfər ölüb, 7 nəfər yaralanıb

img

04-02-2011 [08:52]


Məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğında bir nəfər ölüb. Bu barədə Yasamal rayon polis idarəsindən bildirilib. Məlumata görə, dünyasını dəyişən, yataqxanada məskunlaşan məcburi köçkün Rəhman Cəfərovdur. Hadisə zamanı daha 7 nəfərin xəsarət aldığı bildirilir. Qeyd edək ki, məlum hadisə bu gün axşam saatlarında, Yasamal rayonu, Şərifzadə küçəsində 1 ünvanında yerləşən, İnşaat Universitetinə məxsus yataqxanada qeydə alınıb. Hadisə yerinə 15 yanğınsöndürən maşın cəlb edilib. Yataqxanada olan şəxslər evikuasiya edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasının baş həkimin müavini Rauf Nağıyev açıqlamasında bildirib ki, hadisə yerindən müxtəlif xəsarətlərlə bir neçə nəfər xəstəxanalara aparılıb. Yanğının baş verməsinə isə qaz sızmasından meydana gələn ani partlayış səbəb olub

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA