Klinton: ?Biz dinc aksiya iztirakçılarına, xaricilərə və diplomatlara hücumları pisləyirik"

img

04-02-2011 [04:13]


Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton Misirdə jurnalistlərə, dinc nümayişçilərə, insan haqları müdafiəçilərinə və diplomatlara qarşı hücumları sərt tənqid edib. Dövlət katibi Misir hakimiyyətini təcili danışılara başlamağa çağırıb. ?Biz dinc aksiya iştirakçılarına, xaricilərə və diplomatlara hücumları pisləyirik. Misir hökumətinin öhdəliyi var. Misir hökuməti jurnalistlərin hadisələri Misir xalqına və dünyaya çatdırmasını təmin etmək üçün niyyət ortaya qoymalıdır. Vitse-prezident bu gün azad və ədalətli prezident seçkisinə ehtiyac olması haqda danışıb. Bu çox vacibdir. Mən hökuməti və Misir müxalifətinin geniş və etibarlı nümayəndələrini, vətəndaş cəmiyyəti və siyasi təşkilatları dinc və intizamlı hakimiyyət dəyişikliyi üçün təcili danışıqlara başlamağa çağırıram. Misir xalqı konkret dəyişikliklərə səbəb olacaq hərtərəfli prosesin başlanmasını gözəlyir?, - deyə Hillari Klinton bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA