Neftçalada sərnizin avtobusu minik mazını ilə toqquzub, ölənlər və yaralananlar var

img

04-02-2011 [01:17]


Neftçala rayonunda Salyan-Neftçala avtomobil yolunun 36-cı kilometrliyində "PAZ" markalı avtobus və "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, avtobusun sürücüsü və hadisə zamanı minik avtomobilində olan 4 nəfərdən ikisi yaralanıb, digər iki nəfər 1971-ci il təvəllüdlü Şahmar Tapdıq oğlu Piriyev və 1982-ci il təvəllüdlü Dinar Adil oğlu Eyvazov isə həlak olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaralılar xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış Ş.Piriyevin cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA