AB ölkələri Misiri təcili siyasi dəyizikliklərə çağırıb

img

03-02-2011 [04:28]


Onlarla misirli əsgər prezident Hüsnü Mübarəkin tərəfdarları ilə əleyhidarlarını ayırmağa cəlb edilib. Bu günkü toqquşmada bir neçə nəfərin öldüyü bildirilir. Aksiya iştirakçıları bu gecə Qahirənin Təhrir meydanında baş verən atışmaya görə, prezidentin tərəfdarları ilə mülki geyimdə olan polisləri günahlandırıb. Dünəndən bəri Təhrir meydanında azı 5 nəfər ölüb, 600 nəfər xəsarət alıb. Baş nazir Ahmed Shafiq bu günkü hadisəyə görə üzr istəyib və müxalifət liderlərini danışığa dəvət edib. Ancaq tanınmış müxalifət lideri Mohamed ElBaradei və Müsəlman Qardaşlığı təşkilatı bu çağırışı qəbul etməyib və birinci növbədə prezidentin istefaya getməli olduğunu bildiriblər. 82 yaşlı prezident Hüsnü Mübarək deyib ki, sentyabrda keçiriləcək növbəti prezident seçkisində namizədliyini verməyəcək. ABŞ Misiri təcili islahatlara çağırıb. 5 Avropa Birliyi ölkəsi ? Britaniya, Fransa, Almaniya, İtaliya və İspaniya birgə bəyanatla çıxış edərək, zorakılığa son qoymaq üçün təcili siyasi dəyişikliklərə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA