Mağazası sökülən biznesmen özünü öldürdü

img

03-02-2011 [02:46]


Azərbaycanın Şəki şəhərində intihar hadisəsi baş verib. Hadisə bu gün saat 11:00 radələrində qeydə alınıb. Hikmət adlı şəxs özünü şəhərdən Qoxmuq kəndinə gedən yolda, Kiş çayının üzərindəki 15-20 metr hündürlüyü olan körpüdən ataraq intihar edib. Hadisə şahidlərinin sözlərinə görə, onun Şəki şəhərdə tikinti materialları satılan sahəsi 20-25 kvadratmetrlik mağazası olub. Bir neçə gün əvvəl bələdiyyə və İcra hakimiyyətindən bildiriblər ki, tikili qeyri-qanuni olduğundan sökülməlidir. Bu gün səhər saatlarında isə əraziyə buldozer gətirərək dükanı dağıtmaq istəyiblər. Sahibkarın və sakinlərin etirazından sonra söküntü işi ləngisə də arada mübahisə yaranıb. Başına gələnlərə etiraz edən dükan sahibi yaxınlıqdakı körpüdən özünü atıb. Şəki sakini hadisə yerində keçinib Şəki şəhər Prokurorluğundan ANS PRESS-ə intihar faktını təsdiqləsələr də, ətraflı məlumatın hadisə yerində polis və Prokurorluq əməkdaşlarının apardığı araşdırmalardan sonra veriləcəyi bildirildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA