Hüsnü Mübarək tərəfdaları ilə müxalifət arasında qanlı toqquzma

img

02-02-2011 [05:07]


Misirdə prezident Hüsnü Mübarək tərəfdarları və müxalifət arasında qarşıdurma yaranıb. Kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, qarşıdurma nəticəsində yaralananlar var. Belə ki, Hüsnü Mübarəkin istefası tələbi ilə Misirin Təhrir meydanına toplaşanlara etiraz olaraq prezidenti dəstəkləyən qüvvələr Mustafa Mahmud meydanına yığışıblar. ?Associated Press?in yazıdığına görə, Mübarək tərəfdarları ilə əleyhdarları toqquşma zamanı dəyənəklərdən istifadə ediblər və nəticədə çoxsaylı insan başından xəsarət alıb. Qeyd edək ki, ötən gün Misirin İsgəndəriyyə şəhərində də müxalifət ilə Hüsnü Mübarək tərəfdaları arasında toqquşma olmuşdu. Xatırladaq ki, bu gün Misir prezidenti Hüsnü Mübarək ölkədə keçiriləcək növbəti prezident seçkisində namizəd olmayacağını açıqlayıb. ?Əl Ərəbiyyə? telekanalında canlı yayımda çıxış edən Mübarək ölkəni kimin idarə edəcəyinə xalqın qərar verəcəyini deyib. Sentyabra qədər vəzifəsinin icrasına davam edəcəyini deyən Misir prezidenti bu ölkədə öləcəyini vurğulayıb: ?Növbəti seçkidə namizəd olmayacağam. Mən Misirdə doğuldum, Misirdə yaşadım və Misirdə öləcəyəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA