Bakıda ticarət mərkəzinin yanından meyit tapıldı

img

01-02-2011 [02:41]


Bakının Nizami rayonunda yerləşən "Lotos" Ticarət Mərkəzinin arxasındakı küçədən naməlum kişi meyiti tapılıb. Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsindən verilən məlumata görə, meyit bu gün saat 12:30 radələrində aşkar edilib. Hadisə yerinə kriminalistlər yollanaraq araşdırmalara başlayıblar. İlkin məlumata görə, kimliyi hələlik dəqiqləşdirilməyən şəxs ürək tutmasından keçinib. Hazırda faktla bağlı araşdırmalar davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA