Sabah AŞ PA həmməruzəçiləri Azərbaycana gəlir

img

31-01-2011 [04:52]


Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt fevralın 1-3-də Azərbaycanda səfərdə olacaqlar. Avropa Şurasının Bakı ofisindən verilən məlumata görə, onlar ölkə prezidenti, Milli Məclisin spikeri, ədliyyə və milli təhlükəsizlik nazirləri, baş prokuror və Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşəcəklər. Bundan başqa, həmməruzəçilərin siyasi partiya təmsilçiləri, Ali Məhkəmənin sədri, Ombudsman, ölkənin AŞPA-dakı nümayəndə heyəti, diplomatik korpusun üzvləri və media nümayəndələri ilə görüşü nəzərdə də tutulur. Onlar Sumqayıtda yerli təşkilatların təmsilçiləri ilə görüşlər keçirəcəklər. Həmməruzəçilər Jozef Debono Qrex və Pedro Aqramunt səfərin yekunlarına dair fevralın 3-də Avropa Şurasının Bakı ofisində mətbuat konfransı keçirəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA