Nazarbayev növbədənkənar prezident seçkilərinin keçirilməsini istəyir

img

31-01-2011 [04:30]


Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edib. Bunu o bu gün televiziya ilə xalqa etdiyi müraciətində bildirib. Seçkilərin tarixi hələlik məlum deyil. Nazarbayev bu təklifi Konstitusiya Şurası dövlət başçısının səlahiyyət müddətinin 2020-ci ilə qədər artırılmasına dair referendum keçirilməsi qərarını qanunsuz elan etdikdən sonra irəli sürüb. Prezident bildirib ki, növbədənkənar seçkilərlə bağlı təklifini parlamentə göndərəcək. Qazaxıstanda president seçkiləri 2012-ci ildə keçirilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA