31-01-2011 [03:33]
?İranın nəzarətində olan informasiya saytları məni hədəfə götürüblər?. Bunu Azərbaycan İslam Demokrat Partiyasının sədri hacı Tahir Abbaslı deyib. O bildirib ki, ETTELAT-ın əli ilə Azərbaycanın daxili işlərinə müdaxilə etmək üçün açılan saytlar yetərincədir: ?Onlardan biri də Əhlulbeyt news agentliyidir.
Bu saytda İranın molla sarayına bağlı olan muzdur mollaların yazıları və danışıqları yayılır. O muzdur şəxslərdən ikisinin İranın Azərbaycanın işlərinə qarışması ilə bağlı verdiyim açıqlamada tənqid etmişdim. Molla sarayı isə acığa düşərək həmin saytın vasitəsi ilə guya mənə sərt cavab verib. Cavabda maraqlı məqamlar var. Cavab ?Azərbaycanda İslamafobiya tufanı?, ?İslam dini saray muzdurlarının növbəti tuşuna gəldi?, cümləsiylə başlanır. Əlbəttə birincı dəfə deyil ki, İranın ? molla saray?ı din adıyla öz istəklərini cəmiyyətimizin içərisində yaymaq istəyirlər. Məgər Əhlibeyt (ə) yalnız molla sarayına aiddir ki, onları qalxan edirlər? Belə çıxır ki, İslamı onlardan yaxşı bilən yoxdur və onu inhisara almağa daha layiq nümayəndədirlər?.
T.Abbaslı bildirib ki, onu vətənini müdafiə etdiyinə görə ?saray muzduru? adlandırmaları gülüş doğurur. ?İranı yavaş-yavaş Tunis və Misir kimi ölkələrin aqibəti gözləyir. Bu ölkədə bir dənə də olsun müxalifət qəzeti yoxdur. Cəmi 4 teleknal fəaliyyət göstərir. Həmin kanallar da dövlətin nəzarətindədir. Bu ölkədə 8 saatdan bir bir nəfər edam olunur. İnternet istifadəsinə görə, dünyada sonuncu yerlərdədir? deyən T.Abbaslı bildirdi ki, İran hakimiyyəti bu problemləri aradan qaldırmaq əvəziyinə bizə moizə oxuyur: ?Bu qədər problemləri olan İranın başqa xalqlara nə töhvə verəcəyi qaranlıqdır. Özləri saray muzduru olduğu halda, din adından xalqımızı töhmət və şantaj etmələri bizi heyrətləndirir. İran hakimiyyəti, vəzifə, var-dövlət həvəsi ilə həqiqi İslamı aradan aparmaqla məşğuldur?.
?Xarici ölkələrin saray muzduru olmaqdansa özümüzə muzdur olmaq daha şərəflidir? deyən AİDP sədri deyib ki. bu iş İlqar İbrahimoğlunun gördüyü işdən daha şərəflidir: ?Onun rəhbərlik etdiyi ?Dəyərlər? saytı Qəraəti kimi ( İranın saray mollası və ETTELAAT-ın əməkdaşı ) şəxsin İran TV-dən yayılan danışıqlarını həmişə yayır. Amma nədənsə İran sarayının muzduru hesab edilmir?.
AİDP sədri onu da deyib ki, İranın həqiqi ruhanilərini məqsədli şəkildə Azərbaycan dindarlarına tanıtdırmırlar: ?Məhəmməd Hatəmi kimi mədəniyyətlərin barışığı və sivilizasiyalar arasında dioloqdan danışan ruhani niyə indi İran hakimiyyətinin nifrətinə düçar olub? Ayətulla Xorasani, Ayətullah Saneyi və başqa dini müctəhidlərin bu qədər işkəncəyə məruz qalmaqları bizi düşündürür. Ayətullah Müntəzirini, Ayətullah Şəriətmədarını ev dustağı edib öldürənlərin əsl islamdan danışmağa haqları yoxdur. Bəli, hicabı başdan götürmək səhvdir amma bunu müdafiə edən dindar özüdə ona riayət etməlidir. Bəs İranın saray mollalarının yaşıllar hərəkatının aksiyalarında qadınların başlarından hicablarını götürüb, onları biabir etməklərinə nə ad vermək olar? Məgər onlar ədalətdən başqa nə istəyirdilər? Bir hakimiyyət ki, polis maşınlarını məzlum millətin üstünə çıxarıb onları qəddarcasına öldürür, onun insani hüquqlardan danışması yersizdir. Bu öz gözündə tiri görməyib, özgə gözündə çöp axtarmağa bənzəyir. Qırx milyon türkün dilini qadağan edən hakimiyyətin ədalətdən dəm vurması islam dininə təhqirdən başqa bir şey deyil. Lutfən etdiyiniz cinayətləri islam dininin adına yazmayın. Bu çirkin oyunlardan əl çəkin. Ey hörmətli saray mollaları, islamafobya tufanı sizin tərəfdən əsmirmi? Ruhani insan geyimdə deyil, əməllərində ruhani olmalıdır. İrandan bura gələn ruhanilər isə kartof, qənd-şəkərə bizinesi qurublar?.
?Öz vətənimi və xalqımın haqqını müdafiə etməkdə qurur duyuram? deyən T.Abbaslı daha sonra bunları bildirib: ?Həzrəti Məhəmməd (S) buyurub: ?vətəni sevmək imandan sayılır?. Əcnəbi ölkə saraylarının xoşuna getmək üçün mübarizə etmirəm, əksinə yabancı və yanlış siyasətlərin əleyhinəyəm. Saray mollaları fətvanı elə verirlər ki, müsəlmanlar Allahdan yox, bəndədən qorxsun. Faciə bundadır. Bəzi cahillərə deməliyəm ki, gördüyünüz qoyun deyil qoyun dərisinə burunən qurddur?.
T.Abbaslı onu da bildirib ki, müxalifət partiyası olaraq iqtidara qarşı tənqidləri var: ?Amma müxalifət olmağımız bizə icazə vermir ki, vətənimizin şərəf və ləyaqətinin aşağılanmasına dözümlə yanaşmalıyıq, başqa ölkənin apardığı çirkin siyasətin və həqarətin qarşısında susmalıyıq. Müxalif olmağım mənə icazə vermir ki, öz fərdi mənfətlərim üçün Qarabağın geri qaytarılmasından, Naxcıvanın İran əlində girov qalmasında bilavasitə əli olan İran iqtidarının cinayətlərindən danışmayım. Mən bir dindar olaraq öz vətənimin, xalqımın və dövlətçiliyimin mənafeyinə xatir susmayıb həqiqəti deyəcəyəm. Müxalifətlə iqtidarın davasının yabnacı ölkələrə dəxli yoxdur. Hakimiyyətdə təmsil olunmasam da, dövlətçiliyimiz, vətənimin müstəqilliyi mənimdir?.
T.Abbaslı onu da bildirib ki, İran prezidenti Mahmud Əhmədinejadın ?İran heç zaman və heç halda Ermənistanı yalqız qoymayacaq? fikrinə diqqət çəkib: ?Sarkisyan isə ?İran Qarabağ münaqişəsində bizi yalnız buraxmır və biz bu səbəbdən ona öz minnətdarlığımızı bildirməliyik? deyib. Hesab edirəm ki, bunlar gəlişi-gözəl sözlər deyil. Arxasında əməli işlər dayanır?.
?Azərbaycanın daxili işlərinə müdaxilə edən İran dini problemləri ortaya qoyur? deyən T.Abbaslı bildirib ki, Ermənistana çatanda Əhmədinejad deyir ki Ermənistanla İranın milli-siyasi davranışları müştərək nöqtələrə malikdir və ona görə İran həmişə ermənilərin yanında olacaq.
Sonda hacı Tahir Abbaslı xalqımızı, üzdə olan şəxsləri, xüsusilə də dindarları İranın təhdidlərinə qarşı susmamağa çağırıb?.