Naxçıvan-iqdır-istanbul avtobusu qəzaya uğradı: 53 yaralı (SiYAHI)

img

31-01-2011 [03:17]


Türkiyədə içində azərbaycanlıların da olduğu avtobus qəzaya uğrayıb. Türkiyənin ?Sabah? qəzetinin verdiyi məlumata görə, İqdır vilayətindən İstanbula sərnişin daşıyan avtobusun Şuşehri-Koyulhisar arasındakı yolda aşması nəticəsində 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar hadisə yerinə gələn təcili yardım maşınları ilə Şuşehri Dövlət Xəstəxanasına çatdırılıblar. Vəziyyəti daha ağır olan iki Azərbaycan vətəndaşı isə ilkin yardımdan sonra, Sivas xəstəxanasına aparılıb. İlkin məlumata görə, hadisəyə səbəb yağan qar və yolun buzlu olması olub. Türkiyənin Koyulhisar vilayətində qəzaya uğrayan sərnişin avtobusu Naxçıvan-İqdır-İstanbul marşrutu üzrə hərəkət edirmiş. Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırzadənin ANS-ə verdiyi məlumata görə, qəzaya uğrayan avtobusda olanlardan 31-i azərbaycanlıdır. Sərnişin avtobusunun aşması nəticəsində isə ümumilikdə 53 nəfər yaralanıb. Yaralılardan bəziləri Suşehri dövlət xəstəxanasına yerləşdirilib. Digərləri isə Sivas Respublika Universiteti Tibb Fakültəsinin xəstəxanasına aparılıb. Sabah qəzetinin məlumatına görə, isə yaralananlardan 28-i Azərbaycan vətəndaşıdır. Qəzeti yaralanan azərbaycanlı sərnişinlərin adlarını açıqlayıb: 1. Dürdanə Şükürova (43), 2. Aida Mirzəyeva (24), 3. H. Həsənov (44), 4. M. Əhmədov (23), 5. B. Bayramova (58), 6. Qasım Yasubuqa (46), 7. Sərxan Məmmədov (20), 8. H. Haşımov (49), 9. S. Seyidli (27), 10. V. Valıyrva (50), 11. B. Babayev (21), 12. M. Məmmədov (26), 13. A. Alıyev (35), 14. Çavanşir Quliyev (25), 15. İ. Əhmədov (40), 16. J.Cəfərov (39), 17. M. Mırrzetova (24), 18. Q. Duliyev (24), 19. A. Abdullayev (44), 20. H. Hüseynzadə (29), 21. A. Əhmədov (39), 22. Mətanət Nəbiyeva (46), 23. A.Abdullasoy (38), 24. A.Amirov (40), 25. H. Hüseynov (37), 26. H. Həsənov (22), 27. M.Məmmədov (40) 28. Manoni Amıranaşvili (50)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA