MTN amerikalılara qarzı terror təhlükəsinə münasibət bildirdi

img

31-01-2011 [12:30]


ABŞ və Böyük Britaniya Azərbaycanda terror təhlükəsi ehtimalı ilə əlaqədar öz vətəndaşlarına xəbərdarlıq ediblər. Departament neftlə zəngin Xəzər dənizi sahilindəki keçmiş Sovet respublikasında ABŞ vətəndaşlarını sayıq olmağa çağırır. ABŞ səfirliyinin saytında yerləşdirilən məlumatda deyilir ki, Azərbaycanda Amerika maraqlarına qarşı potensial hücumlar ola bilər. Məlumatda Azərbaycandakı ABŞ vətəndaşlarına xüsusilə Qərblə assosiasiya olunan ictimai yerlərdə sayıq olmaları tövsiyə edilir. Xəbərdarlıq ?terror təhlükəsi barədə informasiyaya? əsaslanır. Amma məlumatda təhlükənin mahiyyəti və bunun arxasında kimin dura biləcəyi barədə məlumat verilmir. ?Biz Amerika səfirliyinin məlumatını şərh etmirik?. Bu sözləri Milli Təhlikəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a ABŞ Dövlət Departamentinin amerikalıları Azərbaycanda terror təhlükəsinin gözlədiyi haqda xəbərdarlığına münasibət bildirərkən deyiblər. MTN-dən saytımıza bildiriblər ki, Azrbaycanın milli maraqlarına, mənafeyinə yönəlmiş təhdidlərin qarşısının alınması üçün ölkənin aidiyyatı üzrə qurumları müvafiq qabaqlayıcı tədbirlər həyata keçirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA