Transmilli insan alveri ilə məzğul olan 3 azərbaycanlı qadın tutulub

img

28-01-2011 [03:14]


Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları insan alveri ilə məşğul olan 3 nəfər tutub. Nazirliyin saytının verdiyi məlumata görə, yanvarın 19-da tutulmuş Zabitə Bəkirovanın ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun, gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə göndərməsində həmyerlisi Arzu İbrahimova ilə əlbir olduğu müəyyən edilib. İdarənin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.İbrahimova tutulub. Həyata keçirilən digər əməliyyat nəticəsində Bakı şəhər sakini Arzu Yazıçının gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı da müəyyənləşib. A.Yazıçı yanvarın 27-də yaxalanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA