Avropa Məhkəməsinin qərarlarından yayınan ölkələrin siyahısı açıqlanıb

img

27-01-2011 [03:22]


AŞPA Avropa İnsan Haqları Konvensiyasının dəfələrlə pozulmasına səbəb olmuş, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrasından yayınan ölkələrin siyahısını açıqlayıb: Bolqarıstan, Yunanıstan, İtaliya, Moldova, Polşa, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna. AŞPA-da qəbul olunan qətnamədə deyilir ki, əsas problemlər şübhəli şəxslərin hüquq mühafizə orqanı əməkdaşları tərəfindən öldürülməsi və ya pis rəftarı, qanuna zidd həbslər, hüquqi proseduraların uzadılmasıdır. ?Bu problemlərin həlli Strasburq Məhkəməsinə daxil olan şikayətlərin azalmasına səbəb olacaq? deyə qeyd olunur. Qətnaməyə görə, bu problemlərin daha çox olduğu ölkələrə Albaniya, Ermənistan, Azərbaycan, Bosniya və Hersoqovina, Gürcüstan və Serbiya daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA