Putin: ?Hava limanında baz verənlərdə çeçen izi yoxdur?

img

27-01-2011 [03:02]


?Moskvanın ?Domodedovo? hava limanında baş verənlərdə çeçen izi yoxdur?. Terror qruplaşmaları ilə danışıqlara getməyin mümkünlüyü barədə suala, Rusiyanın baş naziri Vladimir Putin belə cavab verib. ?Biz heç vaxt çətin məsələləri həll etmək istəyən müxtəlif siyasi qüvvələrlə danışıqlar aparmaqdan boyun qaçırmamışıq, hətta böhran vaxtı, xüsusilə Çeçenistanda müharibə vaxtı belə. Bu dialoq bizə Çeçenistanda vəziyyəti ələ almağa kömək etdi. Yeri gəlmişkən, istintaqın ilkin nəticələrinin də göstərdiyi kimi, bu terror aktının Çeçenistan Respublikası ilə heç bir əlaqəsi yoxdur?, - deyə Rusiyanın baş naziri söyləyib. Putin bildirib ki, Rusiya terrorçularla heç bir danışıqlara getmək fikrində deyil. Onun sözlərinə görə, dünyada özünə hörmət edən heç bir ölkə bunu heç vaxt etməz. ?Bunu öz ölkəmizin hörmətini qorumağa ehtiyacımız olduğu üçün etmirik. Bu, terrorla mübarizədə ümumi beynəlxalq təcrübədir. Terrorçularla danışıqlara başlasaq, terror aktlarının sayı artacaq, daha çox insan bu terrorun qurbanı olacaq?, - deyə Vladimir Putin bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA