Bakıda ev partladı: ana və oğul yandı

img

25-01-2011 [01:02]


Bakının Binəqədi rayonunda yanğınla davam edən partlayış hadisəsi olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə yanvarın 24-də saat 07.30 radələrində Binəqədi qəsəbəsi 3-cü Mədən küçəsi ev 125-də qeydə alınıb. Məhəbbət Aslanovaya məxsus 1 otaqlı evdə təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib. Nəticədə evin tavanı dağılıb, yanıq xəsarəti alan M.Aslanova və oğlu Ömər xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA