Danimarkada 20 Yanvar faciəsinin 21-ci il dönümü keçirilib

img

23-01-2011 [12:21]


Danimarkanin Kopenhagen şəhərində Danimarka Azərbaycan-Türk Qadınlar Birliyinin təşkilatçılğı ilə, 20 Yanvar faciəsinin 21-ci il dönümü ilə əlaqədar olaraq, anım mərasimi keçirilib. Xüsusilə, tədbirdə Danimarkada yaşayan türk toplumu ilə yanaşı, digər ölkələrin vətəndaşları da aktiv iştirak ediblər. Bu haqda məlumatı tədbirin təşkilatcısı, Danimarka Azərbaycan-Türk Qadınlar Birliyinin başqanı, fəal diasporçu Anaxanım Hüseynova verib. İlk öncə tədbir şəhidlərimizin birdəqiqəlik ruhunun yad edilməsi başlanılıb və bundan sonra tədbiri giriş sözü ilə fəal diasporçu Abbas Səidlər açaraq, ?20 Yanvar faciəsi sovetlər birliyinin amansız, qəddar maşını xalqımızın azadlığ ruhunu məhv etmək üçün öz vəhşi siyasətini işə saldıqları gündür?,- deyə bildirib. Digər çıxışçı Danimarka Azərbaycan-Türk Qadınlar Birliyinin başqanı, fəal diasporçu Anaxanım Hüseynova isə, həmin gün keçmiş SSRİ-nin zülmü altında yaşayan xalqımız öz etiraz səsini ucaltmaq üçün, meydanlara yıxışmışdılar. Bunu görən keçmiş rəhbərlik bu, milli hərəkatın adına ekstremist adı verərək, günahsız insanları qətliam etdilər. Bu gün də həmin işğal Qarabağda davam etməkdədir fəal diasporçu başqa ölkələrin insanların diqqətinə çatıdırıb. ?Erməni daşnakarı tərəfindən 1992-ci ilin fevral ayının 26-da Xocalıda xalqımıza qarşı dəhşətli faciələr yaşandı?,- Anaxanım Hüseynov söyləyib. Sonda tədbirdə hadisələri əks etdirən video görüntülər əcnəbilər göstərilib. Erməni terrorunu əks etdirən müxtəlif dillərə tərçümə edilmiş kitablar, broşuralar paylanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA