Barak Obama yenidən prezident olmaq istəyir

img

21-01-2011 [12:41]


ABŞ prezidenti Barak Obama 2012-ci ildə yenidən prezident postuna namizədliyini irəli sürmək niyyətindədir. Bu barədə Ağ Evin sözcüsü Robert Qibbs bildirib ki, yaxın aylar ərzində Barak Obamanın prezidentliyə namizədliyini irəli sürmək üçün lazım olan bütün sənədlər hazır olacaq. Barak Obamanın seçki qərargahının Çikaqoda yerləşəcəyi gözlənilir, qərargaha Ağ Ev administrasiya rəhbərinin müavini Cim Messina rəhbərlik edəcək. Demokratlar seçki kampaniyasında əsas arqument olaraq mübahisəli səhiyyə islahatları, ABŞ qoşunlarının İraqdan çıxarılması, Əfqanıstanda hərbi missiyanın davam etdirilməsi, Obama administrasiyasının ümumdünya iqtisadi böhranı dövründə atdığı addımları istifadə etmək niyyətindədir. Respublikaçıların əsas əks-arqumentləri isə işsizliyin yüksək səviyyəsi ilə bağlı olacaq. Onlar həmçinin prezident Obamanı dövlət vəsaitini israf etməkdə günhalnadırmağa hazırlaşırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA