Elman Məmmədov: "Ermənistan sülhə getməsə, Azərbaycanın hərbi gücü ilə qarzılazacaq"

img

19-01-2011 [01:51]


?Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin bu yaxınlarda keçiriləcək görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesinin intensivləşməsi baxımından müsbət ola bilər. Amma ATƏT-in Minsk qrupu danışıqların intensivləşməsi ilə yanaşı, təcavüzkar Ermənistana qarşı ciddi addımlar atmalıdır?. Bu sözləri ?Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması? İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov deyib. E.Məmmədovun fikrincə, proseslər deməyə əsas verir ki, danışıqlar danışıqlarda Azərbaycanın mövqeyi xeyli güclənib. Bu səbəbdən də işğalçı Ermənistan müxtəlif cəhdlərlə prosesi pozmağa çalışır. Millət vəkili bildirib ki, Ermənistan sülhə getməsə, Azərbaycanın hərbi gücü ilə qarşılaşacaq. Belə olan halda, işğalçılar başqasının torpağına göz dikməyin nə ilə nəticələndiyini dərk edəcəklər. Onun sözlərinə görə, Dağlıq Qarabağın azərbaycanlı icması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir. ?Biz inanırıq ki, dövlət başçısının qətiyyətli mövqeyi nəticəsində problem özünün ədalətli həllini tapacaq?- deyə E.Məmmədov qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA