israil iranın nüvə obyektlərinə qarzı xüsusi virus hazırlayıb

img

17-01-2011 [02:52]


İsrail mütəxəssisləri məxfi ?Dimona? araşdırma kompleksində "Stuxnet" kompüter virusunu sınaqdan keçiriblər.Virusun İranın nüvə müəssisələrində sentrifuqların normal fəaliyyətinə mane olmaq üçün nəzərdə tutulduğu deyilir. ?New-York Times? qəzetinin məlumatına görə, İsrail mütəxəssisləri hazırladıqları kompüter virusunun sınağı üçün Natanzdakı kimi sentrifuqlardan istifadə ediblər. Hərbçilər və mütəxəssislər sınaqların uğurlu olması ilə bağlı müsbət rəy veriblər. Qeyd edək ki, İran ötən ilin sentyabr ayında bildirmişdi ki, "Stuxnet" virusu Buşer AES-dəki əməkdaşların kompüterinə düşsə də, obyektin işinə təsir göstərməyib. Noyabrın sonunda isə İran prezidenti Mahmud Əhmədinejad bəyan edib ki, İranın düşmənləri hansısa kompüter proqramının köməkliyi ilə Natanzda nüvənin zənginləşdirilməsi üzrə sentrifuqların funksiyasına məhdud problem yarada biliblər

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA