Əhməd Davudoğlu Avropa Birliyinə xəbərdarlıq etdi

img

14-01-2011 [10:56]


Türkiyədə səfərdə olan Avropa Birliyinin təhlükəsizlik və xarici siyasət üzrə xüsusi nümayəndəsi Ketrin Eştonla birgə keçirdiyi mətbuat konfransında xarici işlər naziri Əhməd Davudoğlu Avropa Birliyini tənqid edib. Nazir birliyi, Türkiyəyə qarşı ayrı-seçkiliyə son qoymağa çağırıb: ?Türkiyənin Avropa Birliyinə inteqrasiya prosesində bir tıxanma ilə qarşı-qarşıyayıq. Dünya və beynəlxalq birlik Türkiyə və Avropa Birliyinin ortaq cəhdlərinə ehtiyac hiss edərkən inteqrasiya prosesinin bu qədər yavaşlaması yaxşı deyil?. Ölkəsinin sadəcə namizəd olmadığını deyən Davudoğlu bəzi davranışları Türkiyəyə qarşı ayrı-seçkilik hesab etdiklərini bildirib: ?Biz sadəcə namizəd ölkə deyilik, müzakirə aparan ölkəyik. Namizədlik prosesimiz geridə qalıb. İstəyimiz Türkiyənin tam üzv olmasıdır. Belə bir halda Türkiyənin çox sərt viza qaydaları ilə üzləşməsi, hələ üzvlüyə namizədliyə başlamamış ölkələrə tətbiq edilməsinə baxmayaraq Türkiyəyə qarşı neqativ ayrı-seçkilik hesab edirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA