Azərbaycan, Rusiya, Ermənistan xarici izlər nazirləri bu ay görüzə bilər

img

13-01-2011 [04:05]


Bu ay Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Bu barədə məlumatı Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov 2010-cu ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib. Jurnalistlərin "yaxın günlərdə belə görüş gözlənilirmi?" sualına cavabında Lavrov "bəli gözlənilir. Düşünürəm ki, bu ay ola bilər", deyə cavab verib. Qeyd edək ki, üç ölkənin xarici işlər nazirləri- Elmar Məmmədyarov, Edvard Nalbadyan və Sergey Lavrov ötən ilin noyabr ayında Moskvada görüşmüşdülər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə edilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA