Saxta təqaüd sənədləri hazırlayanlar saxlanılıb

img

13-01-2011 [01:11]


Samux rayon sakinləri olan 3 nəfər öz həmyerlilərinə saxta təqaüd sənədi hazırlayıblar. Samux rayon Polis Şöbəsindən verilən məlumata görə, yanvarın 11-də polis əməkdaşları rayonda saxta sənədlər düzəldən şəxsləri saxlayıb. Saxlanılan şəxslər rayon sakinləri Nahid Əliyev, Bəndər Məşdiyev və Nazim Əliyevdir. Onlar həmyerliləri Əminə Hümbətovaya və Sevda Əliyevaya saxta təqaüd sənədləri düzəldiblərmiş. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA