Bakıda üç polis əməkdazını bıçaqladılar

img

13-01-2011 [12:26]


Bakının Nizami rayonunda 3 polis əməkdaşı bıçaqlanıb. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən ?Neon Palace? şadlıq sarayının qarşısında bu gecə saat 01:00 radələrində kütləvi dava zamanı qeydə alınıb. Adıçəkilən şadlıq sarayının qarşısında bir neçə nəfər arasında dava düşüb. Dava zamanı hadisə yerinə gələn Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayının 3 əməkdaşı bıçaqlanıb. Rayon Prokurorluğundan verilən məlumata görə, qanlı hadisə Mikayıl Əliyev küçəsi 15 ünvanında qeydə alınıb. Şadlıq sarayından çıxan Anar Qəniyev, Elvin, Məhəmməd və Əli adlı tanışlar sərxoş vəziyyətdə öz aralarında mübahisə edən zaman DİN ÇPA-nın 5-ci bölüyünün əməkdaşları onlara yaxınlaşıblar. Bu zaman Elvin polisin qanuni tələblərinə tabe olmayıb və onlara müqavimət göstərib. Sonra isə cibindən çıxardığı iki bıçaqla onlara xəsarətlər yetirib. Hadisə ilə bağlı saxlanılanlar var. Araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA