Müdafiə Nazirliyi əsgərlərin yanacaqdoldurma məntəqəsinə hücumu ilə bağlı məlumat yayıb

img

10-01-2011 [04:36]


Azərbaycan Müdafiə Nazirliyi Ağstafa rayonunda əsgərlərin yanacaqdoldurma məntəqəsinə hücum etməsi faktı ilə bağlı bəyanat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu gecə saat 03.00 radələrində Ağstafa rayonunun Qırlı kəndi ərazisindəki yanacaqdoldurma məntəqəsinə ?N? saylı hərbi hissənin kiçik çavuşu Sahib Əsgər oğlu Əsgərov, əsgərlər Sənan Rza oğlu Mehdiyev və Ulduz Əbilağa oğlu Ağayev tərəfindən silahlı hücum edilib. ?Baş vermiş hadisə ilə əlaqədar Müdafiə Nazirliyi dərhal araşdırmaya başlayıb və təqsirkarlar müəyyən edilərək həbs olunublar?, - deyə məlumatda qeyd olunub. Xatırladaq ki, Azərbaycanın Ağstafa rayonunda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə bu gecə Qırlı kəndində Mikayıl Əsədova məxsus yanacaqdoldurma məntəqəsində baş verib Avtomat silahla silahlanmış bir qrup şəxs məntəqəyə basqın etsə də orada operator işləyən Məmməd Məmmədov basqınçıların əlindən silahı ala bilib. Basqınçılar bundan sonra hadisə yerindən qaçıblar. Məmməd Məmmədov ərhal məntəqənin müdirini, kənd icra nümayəndəsini və Daxili İşlər Nazirliyinin "102" xidmətini məlumatlandırıb. Bu hadisədən bir neçə dəqiqə sonra məntəqəyə ?Jiquli? markalı avtomobil yaxınlaşıb. Bu zaman operator avtomaşına yaxınlaşıb və baqınçılar Məmməd Məmmədova avtomat silahdan atəş açaraq 2 güllə vurublar. Güllələrdən biri onun sağ üzünün sağ almacığın üst tərəfindən, digər güllə isə sağ çiyininin üst tərəfindən dəyib. O, elə hadisə yerində ölüb. Hadisə yerinə gələn Ağstafa polisinin və prokurorluğun əməkdaşları ilkin araşdırmalara başlayıblar. İlkin ehtimala görə, basqın 2 silahla həyata kecirilib. Qeyd edək ki, 34 yaşlı Məmməd Əbülfət oğlu Məmmədov Qırılı kəndində anadan olub, 2 uşaq atasıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA