Elmar Məmmədyarov Küveytə yola düzüb

img

10-01-2011 [01:03]


İki günlük səfər çərçivəsində nazir E.Məmmədyarovun Azərbaycan-Küveyt Hökumətlərarası Komissiyasının birinci iclasında iştirakı ilə yanaşı Küveyt Dövlətinin vəliəhdi əlahəzrət Şeyx Nəvvaf Əl-Əhməd Əl-Cabir Əs-Sabah və baş nazir əlahəzrət Şeyx Nasser Əl-Məhəmməd Əl-Əhməd Əl-Cabir Əs-Sabah ilə görüşü nəzərdə tutulub. Bununla yanaşı Azərbaycan-Küveyt Hökumətlərarası Komissiyasının birinci iclasının yekunlarına dair birgə mətbuat konfransın keçirilməsi və nazir E.Məmmədyarovun Küveytin ?Ər-Ray? qəzetinə, ?Sabah? televiziya kanalına müsahibə verməsi planlaşdırılıb. Nümayəndə heyəti 11 yanvar tarixində Azərbaycana dönəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA