Arvadının ölümünə dözməyən ər özünü asdı

img

07-01-2011 [03:22]


Xaçmaz rayonunda 2011-ci ilin ikinci intihar hadisəsi baş verib. Bu barədə ANS PRESS-in bölgə müxbirinə rayonun prokuror əvəzi Fərahim Hüseynli məlumat verib. Bu barədə Prokurorluğa məlumat daxil olan kimi, qurumun əməkdaşları hadisə yerinə yollanaraq ilkin araşdırmalara başlayıblar. Məlum olub ki, özünü asan Əbilyataq kənd sakini, 73 yaşlı Şəfaqət İbrahimovdur. Onun meyiti yaşadığı evin həyətindəki yardımçı tikilidə sintetik iplə asılmış vəziyyətdə ailə üzvləri tərəfindən tapılıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, mərhumun intihar etməsinə səbəb 3 ay əvvəl xəstəlikdən dünyasını dəyişən 52 illik həyat yoldaşının yoxluğuna dözə bilməməsi olub. Belə ki, o, ömür-gün yoldaşının ölümündən sonra tez-tez şikayət edərək, onsuz qala bilmədiyini deyirmiş. Faktla bağlı AR CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA