Bakı və Sumqayıtda bir gündə 7 nəfər dəm qazından zəhərlənib

img

06-01-2011 [02:01]


Yanvarın 5-də Bakıda 5 və Sumqayıtda 2 nəfər zəhərlənib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, Sumqayıt şəhər sakini Yusif Mansurov, Saray qəsəbə sakini Rasim Əliyev, Masazır qəsəbə sakini Xumar Həsənova dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Binəqədi rayonunun Çiçək qəsəbə sakini Kəmalə İbrahimova, Xırdalan şəhər sakini Azər Məmmədov, Sumqayıt şəhər sakinləri Xuraman Sərkərova, Vüsalə Musayeva isə dəm qazından zəhərləndiklərinə görə xəstəxanaya çatdırılıb. Həmin şəxslərin həyatına təhlükə olmadığı bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA