ŞOK! 16 yazlı qızı 10 nəfər zorlayıb

img

05-01-2011 [03:32]


Türkiyənin Zonquldağ əyalətində litsey şagirdi məktəb yoldaşları tərəfindən zorlanıb. Qaynar.info haberler.com-a istinadən xəbər verir ki, litsey şagirdi olan 16 yaşlı Ş.G iki il əvvəl 22 yaşlı işsiz T.T. ilə tanış olub. Bir müddət sonra qız T.T. tərəfindən zorlanıb və bu barədə heç kimə danışmaması üçün hədələnib. Bundan sonra qızı öz litseylərində və başqa məktəblərdə oxuyan 9 şagird də zorlayıb. Ş.G. intihar etmək üçün çoxlu sayda dərman içsə də, həkimlər onun həyatını xilas edə bilib. Yalnız bundan sonra qız başına gələnlər barədə məlumat verib. Polis 15-16 yaşlı 6 şagirdi və qızın tanışı T.T.-ni həbs edib. Şübhəlilər prokurorluğa ifadələrində bildiriblər ki, Ş.G-ni zorlamayıblar, onunla öz istəyi ilə cinsi əlaqədə olublar. Məhkəmə T.T. barəsində həbs qətimkan tədbiri seçsə də, şagirdlər barəsində həbssiz qətimkan tədbiri seçilib. 16 yaşlı qızı zorlamaqda şübhəli bilinən digər 3 şagird isə axtarışdadır. /

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA