Tərtərdə ağır yol qəzası: 2 ölü, 4 yaralı var

img

05-01-2011 [01:00]


Yanvarın 5-də saat 00.30 radələrində Tərtər rayonu ərazisində ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, rayon sakini Qulu Hacıyevin idarə etdiyi ?Mercedes? markalı və Hacıqərvənd kənd sakini Elşən İsmayılovun idarə etdiyi ?VAZ-2106? markalı avtomaşınlar toqquşub. Nəticədə E.İsmayılovun sərnişinləri, həmyerliləri Vüqar Ağayev və Elnur Əliyev hadisə yerində ölüblər.4 nəfər isə yaralanıb. Xəsarət almış E.İsmyaılov, Q.Hacıyev və sərnişinlərdən Emin Əliyev, Beyrək Quliyev isə xəstəxanaya yerləşdirilib. Tərtər RPŞ tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA