icra bazçısının sürücüsü adam vurdu

img

03-01-2011 [05:09]


Ötən gün axşam saat 18:00 radələrində Şimal bölgəsində, konkret olaraq Bakı-Quba-Rusiya sərhədi beton yolunun 59-cu km-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Dərhal hadisə yerinə gələn Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Hikmət Kərimovun ANS PRESS-ə verdiyi məlumata görə, qəza Siyəzən rayonu ərazisində, Xıdırzində pirinin qarşısında baş verib. Onun sözlərinə görə, Siyəzən İcra Hakimiyyətinin sürücüsü, 1953-cu il təvəllüdlü Nəzərov İmaməddin Şərbət oğlu idarə etdiyi apparata məxsus ?KİA Opirus? markalı avtomaşınla həmin ərazidə yoldan keçən piyada, Xaçmaz rayon İlxıslı kənd sakini, 1964-cü il təvəllüdlü Şıxəliyeva Sabat Fazil qızını vurub. Hikmət Kərimovun ANS PRESS-ə bildirdiyinə görə, zərərçəkən baş nahiyəsindən aldığı xəsarət nəticəsində elə hadisə yerindəcə keçinib. Qeyd edək ki, Siyəzən İcra Hakimiyyətinin sürücüsü İmaməddin Nəzərov hadisəni törətdikdən sonra dərhal Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlıqdakı yol postuna yaxınlaşaraq onları bu barədə məlumatlandırıb. Hazırda faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 (Zərərçəkən şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb. Hadisənin başvermə səbəbləri təyin ediləcək avto-texniki ekspertizanın rəyindən sonra məlum olacaq. Meyit morqda daxili və xarici tibbi müayinədən sonra ailəsinə təhvil verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA