Ordumuzun iki əsgəri minaya düzüb; biri ölüb, biri yaralanıb

img

29-12-2010 [03:32]


Azərbaycan Ordusunun iki əsgəri minaya düşüb. Hadisə dünən Goranboy rayonunun Gülüstan adlanan ərazisində baş verib. Milli Ordunun əsgəri, Lerik rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Amid Mərdan oğlu Seyfullayev minaya düşərək hadisə yerində həlak olub. Digər əsgər isə yaralanaraq hospitala çatdırılıb. Faktla bağlı Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb(anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA