Yasamal Rayon Polis idarəsinin rəisi izdən azad edildi

img

28-12-2010 [05:09]


Bakının Yasamal rayon Polis İdarəsinin rəisi və rəis müavini tutduğu vəzifədən azad ediliblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı bir neçə gün əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Məlumata görə, Yasamal RPİ-nin rəisi, polis polkovniki Möhübbət Hüseynov və idarənin xidmət üzrə rəis müavini Vəli Abbasov işdə yol verdikləri nöqsanlara görə tutduqları vəzifədən azad ediliblər. Hazırda müvəqqəti olaraq M.Hüseynovun işlərini İradənin əməliyyat işləri üzrə rəis müavini, polis mayoru Cavid Muradov icra edir. Yasamal Rayon Polis İdarəsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA