Türkiyədə Əhmədinejadın bazına oyun gəlib

img

24-12-2010 [04:31]


Türkiyənin İstanbul şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə qatılan İran prezidenti Mahmud Əhmədinejad iki gözlənməz halla üzləşib. Türkiyə mətbuatı yazır ki, sammit başa çatandan sonra İranın dövlət başçısı mətbuat konfransı keçirib. Əhmədinejad mətbuat konfransının keçirildiyi zala daxil olanda İranın dini lideri ayətullah Əli Xamneyinin divardan asılan portreti yerə düşüb. Mətbuat konfransında isə Əhmədinejad tərcüməçi problemi ilə üzləşib. Mətbuat konfransda türkcə danışılanların dediklərini fars dilinə çevirən tərcüməçinin qulaqlığına davamlı olaraq ingilis dilində sözlər gəlib. Bundan narazı qalan tərcüməçi zalı tərk edib. İran prezidenti özünü itirməyib və türkcə danışmağa başlayıb. ?Tərcüməçi çox yorulub? deyə türkcə sözə başlayan Əhmədinejadın türkcə çox yaxşı danışdığı məlum olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA