Dmitri Medvedev Azərbaycan prezidentinə zəng edib

img

24-12-2010 [03:16]


Rusiya və Azərbaycan prezidentləri Dmitri Medvedev və İlham Əliyev arasında telefon danışığı olub. Kremlin mətbuat xidmətindən verilən məlumata görə, telefon söhbəti zamanı iki ölkə arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub. ?Dövlət başçıları Yeni il öncəsi səmimi arzularını ifadə ediblər. Eyni zamanda, hər iki tərəf başa çatmaqda olan ildə Rusiya-Azərbaycan münasibətlərində əldə olunmuş inkişafın səviyyəsindən məmnunluq bildirib. Prezidentlər həmçinin gələcək əlaqələrlə bağlı planları müzakirə ediblər?, - deyə məlumatda bildirilib. Bundan başqa, D.Medvedev İ.Əliyevi ad günü münasibətilə səmimi təbrik edib. Rusiya prezidenti həmçinin İ.Əliyevə ad günü təbriki göndərib. ?Sizin prezident vəzifəsində fəaliyyətinizi haqlı olaraq Azərbaycanın ? müasir və dinamik inkişaf edən ölkənin yeni uğurları ilə səciyyələndirirlər. Ölkənizin iqtisadiyyatda və sosial sahədə nailiyyətləri, beynəlxalq aləmdə nüfuzunun durmadan artması yüksək qiymətə layiqdir?, - deyə təbrikdə vurğulanıb. D.Medvedev qeyd edib ki, Azərbaycan prezidenti ilə onun arasında yaranmış mehriban şəxsi münasibətləri çox yüksək qiymətləndirir. ?Sizin Rusiya-Azərbaycan strateji əməkdaşlığının genişləndirilməsi niyyətiniz bir çox məsələlərdə dostluq və mehribanlıq ənənələrinin gücləndirilməsinə, dövlətlərimiz arasında çoxşaxəli əməkdaşlığın yüksələn xətlə inkişafına imkan yaradır?, - deyə Rusiya Federasiyasının prezidenti qeyd edib. O əmin olduğunu bildirib ki, ?Rusiya və Azərbaycan arasında fəal qarşılıqlı fəaliyyətin davamı ölkələrimizin və xalqlarımızın maraqlarına xidmət göstərməklə yanaşı, Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA