Salyanda iz adamı ov tüfəngi ilə qətlə yetirilib

img

24-12-2010 [02:04]


Dekabrın 23-də saat 13.00 radələrində Salyan rayonunun Qardili kəndi ərazisində kənd sakini Rövşən Mehdiyev münaqişə zəminində ov tüfəngindən atəş açaraq Şəkərli kənd sakini Əli Hüseynovu qətlə yetirib. Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Mehdiyev tutulmuş, hadisə yerindən 1 ədəd nömrəsi silinmiş ov tüfəngi götürülüb. Məlumata görə, adları çəkilən hər iki şəxsin həmin kənddə süni balıq vətəgəsi olub. Onlardan R.Mehdiyev balıqları satmaq üçün süni gölün suyunu açaraq boş sahəyə buraxıb. Bu zaman isə A.Hüseynovla onun arasında mübahisə yaranıb. Nəticədə 3 uşaq atası olan Rövşən 4 uşaq atası olan Abdullanı ov tüfəngi qətlə yetirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA