Senat Metyu Brayzanın namizədliyinə dair sənədləri geri qaytarıb

img

23-12-2010 [01:34]


Çərşənbə günü ABŞ Konqresində 6 saatlıq müzakirələr ?Erməni soyqırımı haqqında? qətnamənin qəbul olunmaması ilə başa çatıb. Daha dəqiqi elan olunub ki, səsverməyə vaxt qalmır. Bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib. Bu il Senatda son iş gününün ikinci mühüm yekunu o olub ki, Metyu Brayzanın da namizədliyi daxil olmaqla, təsdiqlənməmiş səfirlərin namizədliklərinə dair sənədlər Ağ evə qaytarılacaq. ?Başqa namizədlər kimi, Brayzanın da namizədliyi Senatın iş təqvimində qalır və təsdiqlənməyənlərin sənədlər ölkə prezidentinə qaytarılacaq. Bütün bu işlər gələn il Senatın yeni heyətinə təqdim olunacaq?, - ABŞ Senatından Turan-ın Vaşinqton müxbirinə təqdim olunmuş rəsmi şərhdə bildirilir. Brayzanın namizədliyinin prezident tərəfindən təkrar irəli sürülməsinin mümkünlüyünə gəlincə, ekspertlərin rəyi birmənalı deyil. Məsələ bundadır ki, Brayzaya mane olmağa çalışan senator Bokster yenidən seçilib və o, erməni lobbisinin fəal üzvüdür. Digər təsdiqlənməmiş səfirə - ABŞ-ın Türkiyədəki səfiri Cozef Riakdardoneyə gəlincə, onun vəziyyəti bir qədər fərqlidir, çünki onun təyinatına əngəl törədən senator Sem Braunbek yenidən seçilməyib. Eyni zamanda bir çox müşahidəçilər güman edirlər ki, Brayzanın namizədliyi yenidən irəli sürülərsə, Senat tərəfindən təsdiqlənəcək. Metyu Brayza bu ilin mayında ABŞ prezidenti tərəfindən Azərbaycana səfir təyin olunub. Senatda onun təsdiqlənməsi proseduru Brayzanı azərbaycanpərəst mövqedə və Azərbaycan hökuməti ilə əlaqələrdə ittiham edən erməni lobbisinin əngəl törətməsi üzündən çətin keçib və uzun vaxt aparıb. Buna baxmayaraq, Senatın Xarici Məsələlər üzrə Komitəsi Brayzanın namizədliyini təsdiqləyib. Ancaq məsələ Senatın ümimi heyətində səsverməyə çıxarılmayıb. Beləliklə, ABŞ-ın Bakıdakı səfiri postu bir il yarımdan artıqdır ki, vakant qalır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA