Bu il Konstitusiya Məhkəməsi 1419 müraciətə baxmaqdan imtina edib

img

23-12-2010 [01:23]


2010-cu ildə Azərbaycan Konstitusiya Məhkəməsinə (KM) vətəndaşlardan 1874 şikayət və ərizə daxil olub. Məhkəmədən verilən məlumata görə, bunların 455-i KM palatasının müzakirəsinə verilib. Bununla yanaşı, məhkəmə daxil olmuş şikayətlərin əsas hissəsinin müzakirəsindən imtina edib, icraata cəmi yeddi belə müraciət qəbul edib və 56 şikayət isə məhkəmə palatalarında müzakirə mərhələsindədir. Agentliyin müsahibi xatırladıb ki, ölkə Konstitusiyasının 57-ci maddəsi Azərbaycan vətəndaşlarına Konstitusiya Məhkəməsinə bilavasitə müraciət hüququ verir. ?Amma bu o demək deyil ki, bu şikayət və müraciətlərdə əks olunan bütün problemlərin həlli Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aiddir. Konstitusiyanın 130-cu maddəsi KM-in şikayət müraciətlərinə baxmaq səlahiyyətlərini aydın müəyyənləşdirir. 1419 müraciətə baxmaqdan imtina isə məhz onunla əlaqədardır ki, bu müraciətlər Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid olmayıb?, - deyə məhkəmədən qeyd edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA