Bakıda 47 yazlı zəxs öz evində güllələnərək qətlə yetirilib

img

23-12-2010 [12:33]


Bakının Suraxanı rayonunuda qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan verilən məlumata görə, Qaraçuxur qəsəbə sakini 47 yaşlı Ələkbər Sayiş oğlu Həsənov özünə məsus həyət evində naməlum şəxs və yaxud şəxslər tərəfindən güllələnərək qətlə yetirilib. Suraxanı rayon prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Ələkbər Həsənovun həyat yoldaşı qonşuda olarkən baş verib. Naməlum şəxs aralarında baş verən mübahisə nəticəsində odlu silahla Ə. Həsənova atəş açıb. Naməlum şəxs daha hadisə yerindən qaçıb. Hazırda onun kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. Hadisənin təfərrüatı hələ ki, bilinmir. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA