Rusiya prezidenti: ?Tüpürüm ?Vikileaks?in sənədlərinə də...?

img

22-12-2010 [06:18]


Rusiya prezidenti Dimitri Medvedev Hindistanda Bobmey Unversitetində keçirdiyi görüş zamanı qalmaqallı ?Vikileaks? saytı ilə bağlı suala maraqlı cavab verib. Medvedev deyib ki, Rusiya ?Vikileaks?in ölkənin daxili situasiyası ilə bağlı yaydığı sənədlərə tüpürmək belə istəmir. ?Diplomatik dairələrdə nə danışılması bizim vecimizə də deyil. Bunlar fikir və rəylərdir. Mühüm olan əslində nə baş verməsidir?-deyə Rusiya prezidenti qeyd edib. Medvedev deyibki, gizlətmək fikrində deyil ki, insanlar bir-biriləri ilə danışan zaman kəskin ifadələr işlədirlər. ?Biz də bu ifadlərdən istifadə edirik. Ona görə də əgər bu sənədlər bizdən çırpışdırllsa idi, bir çox tərəfdaşlarımız, o cümlədən amerikalılar özləri barədə isti sözləri oxuyub əlavə enerji əldə edərdilər?. Prezident bəyan edib ki, açıqlanan sənədlər Rusiyanın maraqlarına heç bir təsir göstərmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA