ilham Əliyev Lukazenkonu Belarus Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik etdi

img

21-12-2010 [05:31]


Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Lukaşenkonu Belarus Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. Məktubda deyilir: "Hörmətli Aleksandr Qriqoryeviç, Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan ilə Belarusu əsrlər boyu sıx dostluq və əməkdaşlıq telləri bağlayır. Əminəm ki, dövlətlərarası münasibətlərimiz bu xoş ənənələrə əsaslanaraq xalqlarımızın rifahı naminə, regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək. Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA